Prezident Kitabxanasının biblioqrafik informasiya fəaliyyətinin mühüm istiqamətlərindən biri olan biblioqrafik göstəricilər müxtəlif mövzuları əhatə etməklə istifadəçilərin (oxucuların) informasiya tələbatının ödənilməsi məqsədilə yaradılır.

Azərbaycan qanunvericiliyi: biblioqrafik baza

Bu biblioqrafik verilənlər bazasında 1991-ci ildən indiyədək rəsmi mənbələrdə dərc edilmiş qanunvecilik sənədləri - Azərbaycan Respublikasının Qanunları, Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman və sərəncamlar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar öz əksini tapmışdır. Sənədlər növünə, qəbul edilmə tarixinə, dövlət qeydiyyat nömrəsinə və açar sözlərə görə axtarıla bilər.

Ətraflı

Yeni kitablar

Bu göstəricidə kitabxana fonduna daxil olan yeni kitabların annotasiyalı biblioqrafik təsvirləri Kitabxana-Biblioqrafiya Təsnifatı (KBT) üzrə Azərbaycan, rus və digər dillər üzrə verilmişdir.

Ətraflı

Avtoreferatlar

Bu göstəricidə kitabxana fonduna daxil olan avtoreferatların biblioqrafik təsvirləri illər, ixtisas kodları və Kitabxana-Biblioqrafiya Təsnifatı (KBT) üzrə Azərbaycan, rus və ingilis dillərində düzülmüşdür.

Ətraflı