“Qafqaz diyarının xəritəsi – Tiflis, 1847-ci il” nəşrinin təqdimatı

2024-cü il fevralın 20-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Qafqaz diyarının xəritəsi – Tiflis, 1847-ci il” nəşrinin təqdimatı keçirilib. Nəşr Prezident Kitabxanasının, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) və Qərbi Azərbaycan İcmasının birgə dəstəyi ilə ərsəyə gəlib.
 

Prezident Kitabxanasında “Qərbi Azərbaycan. Elektron kitabxana” layihəsi istifadəyə verilmişdir

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Azərbaycanın tarixinə, mədəniyyətinə, iqtisadiyyatına və görkəmli şəxsiyyətlərinə həsr edilmiş çoxsaylı elektron layihələr işlənilmişdir. Kitabxananın növbəti layihəsi tarixi Azərbaycan ərazisi olan Qərbi Azərbaycana həsr edilmişdir. 
Bu gün monoetnik erməni dövlətinə çevrilən Qərbi Azərbaycanda xalqımıza qarşı 1905-1906, 1918-1920, 1930-cu illərdə, 1948-1953 və 1987-1991-ci illərdə kütləvi qırğınlar, soyqırımları, repressiyalar və deportasiyalar həyata keçirilmişdir. Qərbi Azərbaycanın son iki yüz illik tarixini özündə əks etdirən “Qərbi Azərbaycan. Elektron kitabxana” layihəsinın materialları 21 bölmədə ensiklopedik məlumat şəklində istifadəçilərə təqdim edilir. Layihədə həmçinin erməni vandalları tərəfindən dağıdılmış maddi-mədəniyyət nümunələri, soyqırımına məruz qoyulan toponimlərimiz haqqında məlumatlar, arxiv sənədləri, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası, xəritələr, şəxsiyyətlər haqqında məlumatlar, fotoxronika və filmoqrafiya əks etdirilir. Elektron kitabxanaya Qərbi Azərbaycanla bağlı Kitabxana fonduna daxil olan 300-dən artıq kitabın və mindən artıq məqalənin mətnləri daxil edilmiş, 400-dən artıq kitabın, mindən artıq məqalənin və 35 avtoreferatın biblioqrafik təsviri verilmişdir. 
Layihə Azərbaycan və rus dillərində hazırlanmışdır. Onun ingilis dilində versiyası üzərində işlər davam etdirilir. 
“Qərbi Azərbaycan. Elektron kitabxana”sının materialları müntəzəm olaraq yenilənilir. 

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

Müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar dekabrın 12-də Prezident Kitabxanasında tədbir keçirilib. Öncə Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Foto-sərgi”yə baxış keçirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən “Kitab sərgisi” nümayiş etdirilib. Ümummilli liderin zəngin irsini özündə əks etdirən “Heydər Əliyev. Elektron Sənədlər Toplusu” yenilənmiş versiyası təqdim edilib. Kitabxananın əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət etmiş, Kitabxananın foyesində qoyulan büstünün önünə gül çələngi qoyaraq onun xatirəsini dərin ehtiramla yad etmişlər.

“Kəlbəcər” layihəsi istifadəçilərə təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü ildə imzaladığı sərəncamına əsasən noyabr ayının 25-nin “Kəlbəcər şəhəri günü” kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb. Bu məqsədlə Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları “Kəlbəcər” elektron layihəsi noyabrın 25-də istifadəyə verilib. Layihədə Kəlbəcərin son 30 illik keşməkeşli tarixi haqqında məlumat verilir, rəsmi sənədlər, maddi-mədəni abidələri, təhvil alındıqdan sonra həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri haqqında seçmə materiallar, elektron kitablar və məqalələr, biblioqrafiya və fotoqalereya istifadəçilərə təqdim olunur.

“Ağdam” layihəsi istifadəçilərə təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü ildə imzaladığı sərəncamına əsasən noyabr ayının 20-nin “Ağdam şəhəri günü” kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb. Bu məqsədlə Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları “Ağdam” elektron layihəsi noyabrın 20-də istifadəyə verilib. Layihədə Ağdamın son 30 illik keşməkeşli tarixi haqqında məlumat verilir, rəsmi sənədlər, maddi-mədəni abidələri, təhvil alındıqdan sonra həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri haqqında seçmə materiallar, elektron kitablar və məqalələr, biblioqrafiya və fotoqalereya istifadəçilərə təqdim olunur.

Zəfər gününə həsr edilmiş tədbir keçirilmişdir

2023-cü il noyabrın 7-də Prezident Kitabxanasında Zəfər gününə həsr edilmiş tədbir keçirilmişdir
2020-ci ildə xalqımızın son 200 illik tarixinə parlaq səhifə - Zəfər salnaməsi yazılmışdır. Bu zəfəri dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan ordusu canı-qanı bahasına yazmışdır. 2020-ci il sentyabrın 27-də başlanan və  44 gün davam edən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Ermənistanın işğalına son qoydu, BMT-nin məlum qətnamələrin icrasını yerinə yetirdi. Prezident Kitabxanasının əməkdaşları tarixi qələbəmizin əhəmiyyətini nəzərə alaraq “Şuşa” layihəsi və “Zəfər günü” layihəsini hazırlamışlar. Hər iki layihə müntəzəm olaraq yenilənilir. Tədbir iştirakçıları Zəfər gününün tarixi əhəmiyyəti və onun təbliği barəsində öz fikirlərini bildirmişlər. 
Kitabxanada həmçinin Zəfər gününə həsr edilmiş kitab sərgisi təşkil edilmişdir. 

“Qubadlı” layihəsi istifadəçilərə təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü ildə imzaladığı sərəncamına əsasən oktyabr ayının 25-inin “Qubadlı şəhəri günü” kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb. Bu məqsədlə Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları “Qubadlı” elektron layihəsi oktyabrın 25-də istifadəyə verilib. Layihədə Qubadlının son 30 illik keşməkeşli tarixi haqqında məlumat verilir, rayonun işğaldan azad edilməsinin xronologiyası, rəsmi sənədlər, maddi-mədəni abidələri, işğaldan azad olunduqdan sonra həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri haqqında seçmə materiallar, elektron kitablar və məqalələr, biblioqrafiya və fotoqalereya istifadəçilərə təqdim olunur. 

“Zəngilan” adlı elektron layihə istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü ildə imzaladığı sərəncamına əsasən oktyabr ayının 20-sinin “Zəngilan şəhəri günü” kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb. Bu məqsədlə Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları “Zəngilan” elektron layihəsi istifadəyə verilib. Layihədə Zəngilanın son 30 illik keşməkeşli tarixi haqqında məlumat verilir, rayonun işğaldan azad edilməsinin xronologiyası, rəsmi sənədlər, maddi-mədəni abidələri, işğaldan azad olunduqdan sonra həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri haqqında, zəngilanlıların öz doğma yurdlarına qayıtmalarına dair seçmə materiallar və mövzunu əhatə edən biblioqrafiya və fotoqalereya istifadəçilərə təqdim olunur. 

Prezident Kitabxanasında “Füzuli” adlı elektron layihə istifadəçilərə təqdim olunub

2023-cü il oktyabrın 17-də Prezident Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən hər il oktyabr ayının 17-si “Füzuli şəhəri günü” kimi təntənəli şəkildə qeyd olunması ilə bağlı hazırlanmış “Füzuli” elektron layihəsi istifadəyə verilib. Layihədə Füzuli rayonunun tarixi, maddi-mədəni və dini abidələri, işğaldan azad olunduqdan sonra böyük vüsət alan genişmiqyaslı bərpa və quruculuq işləri və füzulililərin öz doğma yurdlarına qayıtmalarına dair seçmə materiallar istifadəçilərə təqdim olunur.

“Cəbrayıl” adlı elektron layihə istifadəyə verilib

2023-cü ilin oktyabrın 4-də Prezident Kitabxanasının əməkdaşlarının hazırlayıb istifadəçilərə təqdim etdiyi “Cəbrayıl” elektron layihəsi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonu haqqında ümumi məlumatı, 30 il erməni işğalında viran edilmiş tarixi-mədəni və dini abidələrimizin fotolarını, işğaldan sonra böyük vüsət alan bərpa-quruculuq işlərini və Böyük Qayıdış barədə seçmə materialları özündə əks etdirən elektron topludur.
Elektron layihə mütəmadi olaraq yenilənir.

Prezident Kitabxanasında Anım Gününə həsr edilmiş tədbir keçirilmişdir

Tədbirin əvvəlində Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 
Kitabxananın direktoru Mayıl Əhmədov anım mərasimini açaraq qeyd etmişdir ki, 2020-ci ildən etibarən hər il sentyabrın 27-si Azərbaycan Respublikasında və xarici ölkələrdə fəaliyyət göstərən diplomatik korpuslarda və Azərbaycan diaspor təşkilatlarında Anım Günü kimi qeyd edilir. O, 2020-ci ilin payızında davam edən 44 günlük müharibə nəticəsində üç minə yaxın şəhidlərimizin, minlərlə qazilərimizin və döyüşçülərimizin qəhrəmanlıqları sayəsində xalqımızın tarixinə Zəfər salnaməsinin yazıldığını bildirmişdir. 30 il ərzində Ermənistan ordusunun qurduğu bir neçə qat hərbi-istehkam qurğularının 44 gün ərzində qəhrəman əsgər və zabitlərimiz tərəfindən darmadağın edilməsi Ermənistanı kaputilyasia aktını imzalamağa məcbur etmişdir. M.Əhmədov Müzəffər Ali Baş komandan İlham Əliyevin ordu quruculuğu sahəsində və yeritdiyi uğurlu xarici siyasət sayəsində bu gün Azərbaycanın dünyanın ən nüfuzlu ölkələr cərgəsində dayandığını bildirmişdir. 
Anım mərasimində çıxış edən Kitabxananın bölmə müdirləri Nazim Mustafayev və Zakir İsmayılov Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin ruhuna ehtiram göstərildiyini və onların xatirəsinin uca tutulduğunu, Anım günü və Zəfər günü münasibətilə elektron resurslar hazırlanaraq istifadəçilərin ixtiyarına təqdim etdiklərini bildirmişlər.

Prezident Kitabxanasında “Laçın” adlı elektron layihə istifadəyə verilib

2023-cü il avqustun 23-də Prezident Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “26 avqust-Laçın şəhəri günü”nün təntənəli şəkildə qeyd olunması ilə bağlı hazırlanmış “Laçın” elektron layihəsi istifadəyə verilib. Layihədə Laçın rayonunun tarixi, tarixi-mədəni və dini abidələri, işğaldan azad olunduqdan sonra böyük vüsət alan genişmiqyaslı bərpa və quruculuq işlərinə dair seçmə materiallar təqdim olunur.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir

2023-cü il mayın 8-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş geniş foto və kitab sərgilərinin və “Heydər Əliyev. Elektron sənədlər toplusu"nun yenilənmiş variantda təqdimatı keçirilib.

Akademik Zərifə Əliyeva haqqında elektron resurs hazırlanıb

15 aprel 2023-cü il tarixində Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın  100 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar Prezident Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Zərifə Əliyeva” elektron resursunun təqdimatı keçirilib. Təqdim edilən elektron resursda Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti geniş şəkildə istifadəçilərə təqdim edilir.

Prezident Kitabxanasının “Zəngəzur” elektron resursu istifadəçilərə təqdim edilib

2022-ci ilin dekabrın 23-də Prezident Kitabxanasında Azərbaycanlıların qədim dövrlərdən etibarən yaşadıqları Zəngəzur bölgəsinin zəngin tarixi keçmişinə dair və XX əsrin əvvəlində Zəngəzurun qərb hissəsinin Ermənistana verilməsi nəticəsində xalqımıza qarşı tarixi ədalətsizlikləri özündə əks etdirən “Zəngəzur” elektron resursu istifadəçilərə təqdim edilib.

Prezident Kitabxanasında “Şuşa” adlı elektron layihə istifadəyə verilib

2021-ci ilin noyabrın 5-də Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşanın Ermənistan ordusunun işğalından azad olunmasının ildönümü münasibətilə Prezident Kitabxanasında “Şuşa” adlı elektron layihənin və Suşa şəhərinə dair geniş fotosərginin təqdimat mərasimi keçirilib.

Prezident Kitabxanasında 20 Yanvar faciəsinə dair foto və kitab sərgisi keçirilmişdir

17 yanvar 2020-ci il tarixində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Prezident Kitabxanasında nümayiş etdirilən foto və kitab sərgisinin açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan, ingilis və rus dillərində hazırlanan “20 Yanvar. Təcavüz. 1990” elektron resursun yenilənmiş versiyası da təqdim edilib.

“Azərbaycan diasporu” elektron kitabxana layihəsinin təqdimatı keçirilib

2020-ci ilin yanvarın 10-da Prezident Kitabxanasının əməkdaşlarının hazırladığı “Azərbaycan diasporu” elektron layihə istifadəçilərə təqdim edilib.

Prezident Kitabxanasında “Azərbaycan diplomatiyası” adlı elektron resursun təqdimatı olub

2019-cu ilin iyulun 5-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Azərbaycan diplomatiyasının 100 illiyi münasibətilə “Azərbaycan diplomatiyası” adlı elektron resursun təqdimat mərasimi keçirilib.

Prezident Kitabxanasında Yaqub Mahmudovun xarici dillərdə çap olunan kitablarının təqdimatı olub

2019-cu ilin fevralin 6-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun xarici dillərdə nəşr olunan kitablarının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimi Prezident Kitabxanasının təşkilatçılığı və Tarix İnstitutunun dəstəyi ilə reallaşıb. Eyni zamanda Prezident Kitabxanasının Konfrans zalında xarici dillərdə çap olunan kitablarının sərgisi də təşkil olunmuşdur. Sərgidə nümayiş olunan kitablar Prezident Kitabxanasına hədiyyə edilmişdir

“İlham Əliyev. Elektron külliyyat”ının təqdimat mərasimi

Prezident Kitabxanasının Konfrans zalında 2018-ci ilin may ayının 1-də “İlham Əliyev. Elektron külliyyat” elektron nəşrinin təqdimatı keçirilmişdir.

“Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabının təqdimat mərasimi

2018-ci ilin martın 29-da Prezident Kitabxanasının Konfrans zalında “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabının təqdimat mərasimi keçirilmişdir.

“Azərbaycan–UNESCO əlaqələri” adlı elektron layihənin təqdimatı olmuşdur

2017-ci il dekabrın 25-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının Kitabxana işinin avtomatlaşdırılması və elektron resurslar şöbəsi tərəfindən hazırlanmış “Azərbaycan–UNESCO əlaqələri” elektron layihəsi internet istifadəçilərinə təqdim edilmişdir.

“Azərbaycan və İslam dünyası” elektron resursunun təqdimatı olub

2017-ci il iyunun 6-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının Konfrans zalında “Azərbaycan və İslam dünyası” elektron layihəsinin kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə təqdimatı olub.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar toplantı

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Prezident Kitabxanasının Konfrans zalında toplantı keçirilmişdir. Toplantı iştirakçıları əvvəlcə Ümummilli liderin kitabxanadakı büstü önündə xatirə şəkli çəkdirmiş və zalda təşkil olunmuş geniş kitab sərgisinə baxmışlar.

Prezident Kitabxanasında “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsinin təqdimatı olub

2017-ci ilin mart ayının 29-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının Konfrans zalında “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsinin təqdimatı olub.

Prezident Kitabxanasında “Soyqırım Muzeyi” kitab-albomu təqdim edilib

Fevralın 16-da Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A. Bakıxanov adına Tarix İnstitutunun birgə ərsəyə gətirdiyi “Soyqırım Muzeyi” kitab-albomunun və Hərbi Prokurorluğun sifarişi ilə Müdafiə Nazirliyinin nəzdindəki Sənədli və Tədris Filmləri Kinostudiyasında hazırlanan “Əsrin faciəsi” sənədli filminin təqdimat mərasimi keçirilib.

“Görkəmli dövlət və elm xadimi Əziz Əliyev (1897-1962)” elektron resursunun təqdimatı

25 yanvar 2017-ci ildə Prezident Kitabxanasının Konfrans zalında görkəmli dövlət və elm xadimi Əziz Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən elektron resursunun təqdimatı olmuşdur.

Prezident Kitabxanasında bir sıra nəşrlərin təqdimatı keçirilib

2016-cı ilin noyabrın 24-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Azərbaycan, ingilis və rus dillərində hazırlanmış “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası” və “Çuxursəd hakimləri və İrəvan xanları” əsərlərinin təqdimatı olub.

Görkəmli kitabxanaşünas alim Abuzər Xələfovla görüş

17 noyabr 2016-cı il tarixində Prezident Kitabxanasının Konfrans zalında görkəmli kitabxanaşünas alim, tarix elmləri doktoru, professor Abuzər Xələfovla kitabxana kollektivinin görüşü keçirilmişdir.

“Azərbaycan multikulturalizmi” veb sayt və elektron kitabxana layihəsinin təqdimatı

2016-cı ilin oktyabrın 14-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Azərbaycan multikulturalizmi” elektron kitabxanasının və veb saytının təqdimatı keçirilib.

“Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimatı

2016-cı il oktyabrın 13-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının Konfrans zalında “Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimat mərasimi keçirilib.

“Erməni iddiaları işığında Qarabağın etnosiyasi və mədəni tarixi” əsərinin təqdimat mərasimi keçirilmişdir

2016-cı il iyul ayının 22-də Prezident Kitabxanasında “Erməni iddiaları işığında Qarabağın etnosiyasi və mədəni tarixi” üçcildliyinin I cildi “Qarabağ Qafqaz Albaniyası dövründə” əsərinin təqdimat mərasimi keçirilmişdir.

“MEHRİBAN ƏLİYEVA. Azərbaycanın birinci xanımının fəaliyyəti mətbuat səhifələrində” tammətnli elektron nəşrinin təqdimatı

2016-cı ilin iyun ayının 9-da Prezident Kitabxanasında “Mehriban Əliyeva. Azərbaycanın birinci xanımının fəaliyyəti mətbuat səhifələrində” adlı Tammətnli elektron nəşrin təqdimat mərasimi keçirilmşdır.

“Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatı

2016-cı il fevralın 19-da Prezident Kitabxanasının Konfrans zalında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun və Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun birgə layihəsi əsasında hazırlanmış və nəşr olunmuş “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatı keçirilib.

“Türk xalqlarının kitab abidələri” adlı Elektron kitabxananın təqdimatı

8 oktyabr 2015-ci ildə Prezident Kitabxanasının Konfrans zalında Prezident Kitabxanası əməkdaşlarının hazırladığı “Türk xalqlarının kitab abidələri” adlı Elektron kitabxananın təqdimat mərasimi keçirilmişdir.

“Azərbaycanın neft və qaz ehtiyatları: bir dövlətin regional enerji mərkəzinə çevrilməsi” kitabının təqdimatı

2015-ci il may ayının 6-da Prezident Kitabxanasının Konfrans zalında Azərbaycanın neft strategiyasının banisi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Fazil Zeynalovun Kanadanın məşhur “Publibook” nəşriyyatında fransız dilində nəşr olunmuş “Azərbaycanın neft və qaz ehtiyatları: bir dövlətin regional enerji mərkəzinə çevrilməsi” kitabının təqdimatı keçirilmişdir.

“Dünyanı bəzəyən Abbasın tarixi“ əsərinin təqdimatı

2015-ci ilin fevralın 9-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında XVI əsrdə yaşamış görkəmli tarixçi, şair və xəttat İsgəndər bəy Münşinin 'Dünyanı bəzəyən Abbasın tarixi' ('Tarixi-aləm arayi-Abbasi') əsərinin Azərbaycan dilinə tərcümə edilmiş variantının təqdimatı keçirilmişdir.

"ERMƏNİ VANDALİZMİ: əsirlikdə olan Azərbaycan abidələri" adlı yeni elektron layihənin təqdimatı

28 yanvar 2015-ci ildə Prezident Kitabxanasının Konfrans zalında "ERMƏNİ VANDALİZMİ: əsirlikdə olan Azərbaycan abidələri" adlı elektron layihənin təqdimatı keçirilmişdir.

“Naxçıvan Muxtar Respublikası” elektron layihənin ingilis dilində versiyasının təqdimatı

2014-cü il aprelin 24-də Prezident Kitabxanasında Naxçıvan Muxtar Respublikasının yaranmasının 90 illiyi ilə əlaqədar “Naxçıvan Muxtar Respublikası” adlı elektron layihənin yenilənmiş variantının və onun yeni yaradılmış ingilis versiyasının təqdimatı olmuşdur.

Kitab təqdimatı

2014-cü il fevralın 7-də Prezident Kitabxanasında AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun direktoru, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudovun anadan olmasının 75 illik yubileyi ərəfəsində seçilmiş əsərlərinin 12 cildliyinin, “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabının, əsərlərinin “Biblioqrafik göstəricisi”nin və tarixçi alim Yeganə Gözəlovanın yazdığı “Tarix elmində Yaqub Mahmudov məktəbi” kitablarının təqdimat mərasimi keçirilmişdir.

Ümummilli lider Heydər Əliyevə həsr olunmuş nəşrlərin təqdimatı

2013-cü il dekabrın 7-də Prezident Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşlarının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr etdikləri “Heydər Əliyev” ikicildlik tədqiqatlar toplusunun və “Heydər Əliyev. Azərbaycan elminin keşiyində. Sənədlər və materiallar” ikicildliyinin təqdimat mərasimi keçirilmişdir.

Beynəlxalq elmi-praktik konfrans

2013-cü il iyunun 28-29-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının yaradılmasının on illiyinə həsr olunmuş 'Dövlət idarəetmə orqanlarının sənəd-informasiya təminatı: müasir vəziyyət və inkişaf perspektivləri' mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

İrəvan şəhərinin tarixinə həsr edilmiş veb-saytın təqdimatı

2013-cü il mayın 17-də Prezident Kitabxanasının Konfrans zalında İrəvan şəhərinin tarixinə həsr edilmiş www.iravan.info web saytının (Azərbaycan və rus dillərində) təqdimat mərasimi keçirilmişdir.

Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı birgə sərgi açılmışdır

2013-cü ilin mayın 6-da kitabxananın foyesində Prezident Kitabxanası ilə Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı fotolar və nəşrlərdən ibarət birgə sərgisi açılmışdır.

Kitabxanaçılıq-informasiya fakültəsi – 50 il

2012-ci ilin noyabr ayının 27-də Prezident Kitabxanasının Konfrans zalında Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin yaradılmasının 50 illik yubileyinə həsr olunmuş “Qloballaşan cəmiyyət və kitabxanaçılıq-informasiya fəaliyyəti” mövzusunda Respublika elmi konfransı keçirilmişdir.

Tarixçi alim S. Qaşqayın şəxsi kitabxanasının Prezident Kitabxanasına verilməsi

2012-ci ilin iyulun 5-də saat 12:00-da Prezident Kitabxanasının Konfrans zalında tarixçi alim, qədim dövr Azərbaycan tarixi üzrə görkəmli mütəxəssis Solmaz Qaşqayın şəxsi kitabxanasının Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasına verilməsinə həsr olunmuş mərasim keçirilmişdir.

Abuzər Xələfov – 80

7 dekabr 2011-ci il tarixində saat 11:00-da Prezident Kitabxanasının Konfrans zalında tarix elmləri doktoru, professor Abuzər Xələfovla kitabxana kollektivinin görüşü keçirilmişdir.

“Müstəqil Azərbaycan-20: iqtisadi inkişaf yolu” kitabının təqdimatı

14 oktyabr 2011-ci il saat 11.00-da Prezident Kitabxanasının Konfrans zalında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun “Müstəqil Azərbaycan-20: iqtisadi inkişaf yolu” kitabının təqdimat mərasimi keçirilmişdir.

“Heydər Əliyev ideyalarının zəfər yürüşü” kitabının təqdimatı

6 may 2011-ci il saat 11.00-da Prezident Kitabxanasının Konfrans zalında Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin deputatı, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Y. Mahmudovun “Heydər Əliyev ideyalarının zəfər yürüşü” kitabının təqdimat mərasimi keçirilmişdir.

“The Iravan Khanate” və “Иреванское ханство” kitablarının təqdimatı

7 oktyabr 2010-cu il saat 11.00-da Prezident Kitabxanasının Konfrans zalında AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun nəşr etdirdiyi “The Iravan Khanate” və “Иреванское ханство” kitablarının təqdimatı keçiriləcəkdir.

"Vətən tarixi"nə aid kitabların təqdimatı

16 iyun 2010-cu il saat 14.00-da Prezident Kitabxanasında Azərbaycan xalqının Milli qurtuluş günü münasibətilə AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunun son dövrlərdə nəşr etdirdiyi kitabların sərgisi və onların Prezident Kitabxanasında hazırlanmış elektron versiyalarının təqdimatı keçirilmişdir.

XX əsrin faciəsi - Xocalı soyqırımı

2010-cu ilin fevralın 25-də saat 15.00-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “XX əsrin faciəsi - Xocalı soyqırımı” adlı tammətnli elektron nəşrin yenilənmiş variantının və “Səs” informasiya agentliyinin (SİA) hazırladığı “Xocalı soyqırımı” adlı diskin (DVD) təqdimat mərasimi keçirilmişdir.

“Heydər Əliyev - 40 il Azərbaycan uğrunda”

14 iyul 2009-cu ildə saat 11-də Prezident Kitabxanasının Konfrans zalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 14 iyul 1969-cu ildən Azərbaycana rəhbərlik etməsinin ildönümü ilə bağlı “Heydər Əliyev - 40 il Azərbaycan uğrunda” multimedia diskinin təqdimatı keçirilmişdir.

“Heydər Əliyev: Dövlət xalq üçündür” kitabının və digər nəşrlərin təqdimatı

5 may 2009-cu ildə saat 12-də Prezident Kitabxanasının Konfrans zalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86 illiyi münasibətilə təşkil edilmiş kitab sərgisində Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən hazırlanmış kitabların elektron versiyalarının təqdimatı keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası - 85

22 aprel 2009-cu ildə Prezident Kitabxanasında “Naxçıvan Muxtar Respublikası - 85” adlı İnternet resursun təqdimatı keçirilmişdir. Tədbir iştirakçıları, həmçinin Naxçıvana həsr olunmuş kitab sərgisi, “Muxtariyyət tarixi sənədlərdə” adlı arxiv materialları və Naxçıvana dair kitabların əməkdaşlarımız tərəfindən hazırlanmış elektron versiyası ilə tanış olmuşlar.

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş kitab sərgisi

2008-ci il dekabr ayının 12-də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş geniş kitab sərgisi təşkil olunmuşdur.

Heydər Əliyev - 85

2008-ci il may ayının 7-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi münasibətilə Prezident Kitabxanasında hazırlanmış “Heydər Əliyev. Elektron Sənədlər Toplusu” internet resursu istifadəçilərə təqdim edilmişdir. İnternet resursun təqdimatı zamanı ümummilli liderin Prezident Kitabxanasındakı büstü önünə gül-çiçək dəstələri qoyulmuş, həyatının müxtəlif dövrlərini əhatə edən fotoşəkillərdən ibarət slayd göstərilmiş, yubiley münasibətilə təşkil olunmuş zəngin kitab sərgisinə baxış keçirilmişdir.

Mir Cəlal Paşayev - 100

2008-ci ilin aprelin 22-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında görkəmli ədəbiyyatşünas alim, yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 100 illiyi ilə əlaqədar xatirə günü keçirilmişdir. Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Mir Cəlal Paşayev – 100” Elektron biblioqrafik göstərici yeni variantda qonaqlara təqdim edilmişdir.