Prezident Kitabxanasının Oxu zalında “İmadəddin Nəsimi – 650” adlı kitab sərgisi açılmışdır. İlin sonunadək fəaliyyət göstərəcək sərgi Azərbaycan Respublikası Prezidentinin görkəmli şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi və 2019-cu ilin “Nəsimim ili” elan edilməsi ilə bağlı Sərəncamına müvafiq olaraq təşkil edilmişdir. Sərgidə Nəsimi haqqında Kitabxananın fondunda saxlanılan müxtəlif dillərdə kitablar, qəzet və jurnal nəşrləri nümayiş etdirilir.