8-11 dekabr 2013-cü ildə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov Minsk şəhərində Belarus Respublikasının Prezident Kitabxanasının 80 illik yubiley tədbirlərində iştirak etmişdir. Yubiley tədbirində Azərbaycan, Litva, Moldova, Rusiya, Ukrayna və Belorusdan Prezident və Parlament Kitabxanalarının rəhbərləri arasında dövlət idarəetmə orqanlarına müasir dövrdə kitabxana-biblioqrafiya və informasiya xidmətinin təşkilinə dair geniş fikir mübadiləsi aparılmışdır. Tədbirin iştirakçıları  Belarus Respublikasının Müasir Dövlətçilik Muzeyində, Belarus Respublikasının Milli Kitabxanasında və Minsk şəhərinin digər aparıcı muzeylərində və kitabxanalarında olmuşlar.
M. Əhmədov Belarus Respublikasının Prezident Kitabxanasına və Belarus Milli Kitabxanasına Azərbaycanın tarixinə, mədəniyyətinə, incəsənətinə dair kitablar, disklər və xatirə hədiyyələri vermişdir.