Oktyabrın 14-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Azərbaycan multikulturalizmi” elektron kitabxanasının və veb saytının təqdimatı keçirilib. Təqdimat mərasimində Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov yeni elektron resursla bağlı geniş məlumat verdi.
Müzakirələr zamanı Azərbaycandakı milli azlıqların mədəniyyət mərkəzlərinin nümayəndələri, əlaqəli dövlət qurumlarının əməkdaşları və tədqiqatçılar yeni elektron layihə ilə bağlı fikir və təkliflərini bildirmişlər.