Prezident Kitabxanasının Oxu zalında 28 May – Respublika günü və görkəmli ictimai xadim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi münasibətilə kitab sərgisi açılmışdır. Sərgidə Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun əsərləri, onun haqqında olan kitablar və dövri mətbuat səhifələrində onun haqqında nəşr edilmiş materiallar toplanmışdır.
İlin sonunadək açıq olacaq sərgidəki materialların elektron versiyaları kitabxananın “Azərbaycan Xalq Cümhuriyyəti” elektron resursu vasitəsi ilə də istifadəçilərə təqdim edilir.