2018-ci il aprelin 25-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Azərbaycanın görkəmli yazıçı və ədəbiyyatşünas alimi Mir Cəlal Paşayevin həyat və yaradıcılığından bəhs edən “Mir Cəlal” adlı yeni elektron nəşr internet istifadəçilərinə təqdim edilmişdir.
Elektron nəşr Mir Cəlal Paşayevin həyat və fəaliyyətinin mühüm məqamlarını özündə əks etdirməklə yanaşı, onun elmi və ədəbi irsinin, tərcümələrinin, haqqında yazılan kitab və məqalələrin elektron versiyalarını və biblioqrafiyasını da əhatə edir. http://mirjalal.preslib.az/