2013-cü il sentyabrın 26-da  Avrasiya Kitabxanaçılar Birliyinin başqanı Suna Gercik və başqan yardımçısı Ekrem İşıq Prezident Kitabxanasının kollektivi ilə görüşmüşlər. Görüş zamanı AKB-nin məramnaməsi, məqsədi, türkdilli ölkələrdə ümumi kitabxana xidmətinin əlaqələndirilməsi barədə nəzərdə tutulan işlər və sair məsələlər ətraflı müzakirə olunmuşdur. Prezident Kitabxanasının mütəxəssisləri öz növbələrində ortaq türkdilli ölkələrin kitabxana şəbəkəsinin qurulması, əlaqələndirilməsi ideyasını və bu sahədə onların üzərinə düşən vəzifələri yerinə yetirməyə hazır olduqlarını bildirmişlər.Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim edilmişdir.