28 yanvar 2015-ci ildə Prezident Kitabxanasının Konfrans zalında “ERMƏNİ VANDALİZMİ: əsirlikdə olan Azərbaycan abidələri” adlı elektron layihənin təqdimatı keçirilmişdir.

Azərbaycan və ingilis dillərində hazırlanan bu layihənin təqdimat mərasimində tarixçi alimlər, etnoqraflar, sənətşünaslar, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi rayonlardan olan ziyalılar və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak etmişlər. Elektron layihədə toplanılmış materiallarda dünyaya özlərini “mədəni xalq” kimi göstərməyə çalışan ermənilərin törətdikləri vandallıqlar əyani şəkildə dünya ictimaiyyətinə nümayiş etdirilir.