Prezident Kitabxanasında Azərbaycanın görkəmli yazıçısı, dövlət və ictimai-siyasi xadimi Nəriman Nərimanovun anadan olmasının 150 illiyi münasibətilə hazırlanan “Nəriman Nərimanov” adlı elektron layihə istifadəyə verilib.

Kitabxananın əməkdaşlarının Azərbaycan və rus dillərində hazırladıqları bu elektron layihə görkəmli yazıçı və dövlət xadimi Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2020-ci il tarixli sərəncamına əsasən hazırlanan tədbirlər planı çərçivəsində ərsəyə gətirilib. 

Yeddi bölmədən ibarət olan elektron resursda Nəriman Nərimanovun pedaqoq, həkim, yazıçı, dramaturq, publisist, maarifçi və dövlət xadimi kimi fəaliyyətinə dair müxtəlif dillərdə olan materialların və sənədlərin elektron variantı toplanmışdır. 

Tədqiqatçıların və geniş oxucu kütləsinin istifadəsi üçün hazırlanan “Nəriman Nərimanov” elektron layihəsi http://narimannarimanov.preslib.az/ subdomenində yerələşdirilib və müntəzəm olaraq  yenilənilir.