Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru  Nazim Mustafanın (Mustafayev)  “Ermənistanın toponimik cinayətləri” başlıqlı məqaləsi “Xalq qəzeti”nin 9 iyun 2020-ci il tarixli sayında dərc edilmişdir. Məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin indiki Ermənistanın bütün ərazisindəki toponimlərin, demək olar ki, mütləq əksəriyyətinın  Azərbaycan mənşəli olması barədə söylədiyi fikirlər konkret faktlarla əsaslandırılır. İndiyədək Ermənistan ərazisində 702 toponimin dəyişdirildiyi  haqqında məlumat verilir. Məqalədə həmçinin Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində toponomik cinayətlərinin davam etdirildiyi, 120 dən artıq inzibati-ərazi vahidinin dəyişdirildiyi qeyd edilir.
Ətraflı bax: http://xalqqazeti.com/az/news/49373