2019-cu ilin iyulun 5-də Prezident Kitabxanasının Konfrans zalında kitabxananın əməkdaşlarının hazırladıqları “Azərbaycan diplomatiyası” adlı elektron resursun təqdimat mərasimi keçirilib. Elektron resursda Azərbaycan diplomatiyasının tarixinə və Azərbaycanın xarici siyasətinə dair sənədlərin və materialların tam mətni toplanmışdır.
TədbirdəAzərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Milli Məclisin komitə sədri Səməd Seyidov, Xarici işlər nazirinin müavini Ramiz Həsənov,  Xarici işlər  nazirliyinin əməkdaşları və Azərbaycanın diplomatik korpusunun nümayəndələri iştirak etmişlər.

http://azdiplomacy.preslib.az/