Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafanın (Nazim Mustafayev) “Azərbaycan Xalq Cümhuriyyəti işığında (1918-1920). Araşdırmalar, məqalələr” kitabı işıq üzü görmüşdür. Kitabda müəllifin 1993-2018-ci illərdə əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyasının Milli Münasibətlər İnstitutunda, sonra isə Tarix İnstitutunda işlədiyi və hazırda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında çalışdığı müddətdə Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid tədqiqatlarının nəticəsi olaraq ərsəyə gələn elmi məqalələrinin, beynəlxalq konfranslarda etdiyi məruzələrinin və mətbuat səhifələrində işıq üzü görmüş bir sıra məqalələrinin mətnləri toplanılmışdır.
Kitab Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının əziz xatirəsinə həsr olunur.