Fevralın 9-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında XVI əsrdə yaşamış görkəmli tarixçi, şair və xəttat İsgəndər bəy Münşinin “Dünyanı bəzəyən Abbasın tarixi” (“Tarixi-aləm arayi-Abbasi”) əsərinin Azərbaycan dilinə tərcümə edilmiş variantının təqdimatı keçirilmişdir.
Təqdimatda bildirildi ki, “Dünyanı bəzəyən Abbasın tarixi” əsəri tarix elmləri doktoru, professor Şahin Fərzəliyev tərəfindən ana dilimizə çevrilib və Azərbaycan Milli Elmlər Akademiyasının A. Bakıxanov adına Tarix İnstitutu tərəfindən iki kitab şəklində nəşr olunmuşdur.
http://azertag.az/xeber/Dunyani_bezeyen_Abbasin_tarixi_kitabinin_teqdimati_olub-830714