17 oktyabr 2014-cü ildə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov və elmi katibi Kəmalə Sarıcalinskaya Moskva şəhərində Rusiya Dövlət Ümumi Elmi-Texniki Kitabxanasının yeni binasının açılışına həsr olunmuş təntənəli mərasimdə iştirak etmişlər. Rusiya və dünya kitabxana ictimaiyyətinin iştirak etdiyi tədbirdə müasir kitabxana-informasiya mərkəzi olan kitabxananın yeni binasında müasir oxu zalları, fondlar, müxtəlif təyinatlı mərkəzlər iştirakçılara nümayiş olunmuş, kitabxana-informasiya xidmətinin yeni forma və metodları geniş müzakirə olunmuşdur.
Tədbirdə Mayıl Əhmədov çıxış edərək həmkarlarını yeni binaya köçmələri ilə bağlı təbrik etmiş, onlara kitabxana fondunda və muzeyində saxlanmaq üçün Azərbaycan haqqında kitab və suvenirlər hədiyyə vermişdir.