Dekabrın 11-də Prezident Kitabxanasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım mərasimi keçirilmişdir. Kitabxananın direktoru Mayıl Əhmədov ulu öndərin keçdiyi həyat yolundan geniş söhbət açmışdır. Digər çıxışlarda qeyd edilmişdir ki, kitabxanada hazırlanan çoxsaylı elektron resursların istifadəçi statistikası göstərir ki, “Heydər Əliyev. Elektron sənədlər toplusu”na istər ölkə daxilindən, istərsə də xarici ölkələrdən daha çox müraciət edilir. Bu resurs Heydər Əliyev irsinin öyrənilməsinə  töhfə kimi qiymətləndirilir.
Tədbirdə Ümummilli liderin həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən videoçarx nümayiş etdirilmişdir.