Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın (Nazim Mustafayev) həmmüəllifi olduğu “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabı işıq üzü görmüşdür. Digər müəlliflərinin Araz Qurbanov və Elşad Əlilinin olduğu kitabı Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi çap etdirmişdir. Kitabın elmi məsləhətçisi və ön sözün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini, iqtisad üzrə fəlsəfə doktoru Ərəstü Həbibbəylidir. Müəlliflər ayrı-ayrı məqalələr şəklində tariximizin ermənilər tərəfindən saxtalaşdırılan müxtəlif dövrləri barədə əsl həqiqətləri üzə çıxarmış, onların maddi-mədəni irs nümunələrimizin mənimsənilməsi məqsədilə uydurduqları yalanları faktların və mənbələrin dili ilə ifşa etmişlər.