17 oktyabr 2018-ci ildə Rusiya Dövlət Ümumi Elmi-Texniki Kitabxanasının (QPNTB) 60 illik yubileyi qeyd edilib. Yubiley tədbirində Prezident Kitabxanasının elmi katibi Kəmalə Sarıcalinskaya və şöbə müdiri Sonaxanım Abasova iştirak etmişlər. Onlar Prezident Kitabxanası adından QPNTB-nin fonduna Azərbaycana dair kitablar hədiyyə vermişlər.