May ayının 10-da Prezident Kitabxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı onun kitabxananın foyesindəki büstünün qarşısına gül-çiçək dəstələri qoyularaq xatirəsi yad edilmişdir. Sonra tədbir iştirakçıları Konfrans zalında Heydər Əliyev Fondunun yarandığı 15 il ərzində nəşr etdirdiyi və Kitabxanaya hədiyyə verdiyi kitabların sərgisi ilə tanış oldular. Sərgidə müxtəlif mövzularda Azərbaycan, rus, ingilis, fransız və alman dillərində 170 addan çox nəşr nümayiş etdirilir.
Kitabxananın direktoru Mayıl Əhmədov Ümummilli liderin 96-cı ildönümü ilə əlaqədar olaraq “Heydər Əliyev. Elektron sənədlər toplusu”na yeni bir fəslin – "Heydər Əliyevin xarici siyasət sahəsinə dair imzaladığı rəsmi sənədlərın biblioqrafiyası"nın əlavə edildiyi barədə məlumat verdi.