2015-ci il aprelin 17-də Prezident Kitabxanasının İncəsənət zalında “Kitabxana işinin avtomatlaşdırılması və elektron resurslar şöbəsi”nin məsləhətçi-kompüter mühəndisi Nəzakət Əminulla qızı Nəzərovanın 65 illik yubileyi və təqaüdə getməsi münasibətilə tədbir keçirilmişdir. Kitabxananın direktoru Mayıl Əhmədov Nəzakət Nəzərovanın fəaliyyəti barədə ətraflı danışmış, onun təcrübəli mütəxəssis, kollektivin hər bir üzvü üçün nümunə olan nizam-intizam və davranışa malik olduğunu vurğulamış, xatirə hədiyyələri təqdim etmişdir.