Bakıda Avropa Milli Kitabxanaları Konfransının XXVII toplantısında iştirak edən Litva Respublikasının Martinas Majvidas  adına Milli Kitabxanasının baş direktoru Renaldas Qudauskas 2013-cü il sentyabrın 25-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasını ziyarət etmişdir. Kitabxananın direktoru Mayıl Əhmədovla görüşən litvalı qonaq öz həmkarı ilə kitabxana işinin bir sıra müasir problemlərini müzakirə etmiş, iki kitabxana arasında münasibətlərin daha da genişləndirilməsinin zəruriliyi vurğulanmışdır. Görüşün sonunda hər iki kitabxananın gələcəkdə əməkdaşlıq etməsi barədə razılıq əldə edilmiş və bu barədə anlaşma memorandumu imzalanmışdır.