Fevralın 16-da Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A. Bakıxanov adına Tarix İnstitutunun birgə ərsəyə gətirdiyi “Soyqırım Muzeyi” kitab-albomunun və Hərbi Prokurorluğun sifarişi ilə Müdafiə Nazirliyinin nəzdindəki Sənədli və Tədris Filmləri Kinostudiyasında hazırlanan “Əsrin faciəsi” sənədli filminin təqdimat mərasimi keçirilib.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında keçirilən tədbirdə Milli Məclisin deputatları, Hərbi Prokurorluğun məsul işçiləri və Tarix İnstitutunun əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edənlər təqdim olunan kitabın əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, “Soyqırım Muzeyi” kitabının digər dillərdə də hazırlanmasına ehtiyac var.