Yanvarın 24-də Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyinin təşəbbüsü ilə Bakıda səfərdə olan M. İ. Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri - Beynəlxalq fəaliyyət üzrə direktoru Svetlana Qoroxova, Elmi və Tədris işləri üzrə direktor Tatyana Polejayeva, MDB və Şərqi Avropa ölkələri üçün Qoruma və Mühafizə Mərkəzinin koordinatoru Mariya Kolpakova, IPR MEDIA-nın baş direktoru Natalya İvanova, IPR MEDIA-nın layihə koordinatoru Vita Kutuyeva Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında olmuşlar.