2016-cı il iyul ayının 22-də Prezident Kitabxanasında “Erməni iddiaları işığında Qarabağın etnosiyasi və mədəni tarixi” üçcildliyinin I cildi “Qarabağ Qafqaz Albaniyası dövründə” əsərinin təqdimat mərasimi keçirilmişdir. Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov təqdim olunan əsər haqqında məlumat vermişdir.
Tədqiqatçı-alim, Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirovun və ukraynalı tədqiqatçı, Ukrayna Milli Yaddaş İnstitutunun əməkdaşı Maksim Mayorovun birgə müəllifi olduqları bu kitab Qarabağın islamaqədərki tarixinə yeni elmi faktlarla işıq salır.
Kitabın elmi redaktoru Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasının müdiri, professor Məmməd Əliyevdir.