May ayının 6-da Prezident Kitabxanasının Konfrans zalında Azərbaycanın neft strategiyasının banisi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Fazil Zeynalovun Kanadanın məşhur “Publibook” nəşriyyatında fransız dilində nəşr olunmuş “Azərbaycanın neft və qaz ehtiyatları: bir dövlətin regional enerji mərkəzinə çevrilməsi” kitabının təqdimatı keçirilmişdir.
Təqdimat mərasimində çıxış edən ekspertlər ölkənin neft və qaz ehtiyatları barədə kitabın fransız dilində nəşr olunmasının xüsusi əhəmiyyəti olduğunu, bu kitabın fransız dilli ölkələrin elm və təhsil mərkəzlərinə, kitabxanalarına göndərməyin vacib olduğunu qeyd etdilər.
Tədbirdə Milli Məclisin deputatları, elmi ictimaiyyətin nümayəndələri, kitabxananın əməkdaşları iştirak etmişlər.