Dekabrın 26-da Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın ssenarisi əsasında çəkilən “Zəngəzur” sənədli filminin təqdimat mərasimi keçirilib. Film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gəlmişdir. Azərbaycan, ingilis və rus dillərində istehsal olunan bu filmdə tarixi Azərbaycan torpağı olan, bu gün Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən, Azərbaycanı iki hissəyə ayıran Zəngəzurun taleyindən söhbət açılır.