Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova 2015-ci ilin sentyabr ayının 11-də Prezident Kitabxanasında olmuş və kitabxananın oxu zallarında kitabxana xidmətinin təşkili, elektron kataloqun və elektron resursların yaradılması işi ilə tanış olmuşdur. Prezident Kitabxanasının mütəxəssisləri ilə keçirilən görüşdə hər iki kitabxananın birgə fəaliyyəti sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılmışdır.