Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) birgə layihəsi əsasında nəşr olunmuş ikicildlikdə dövlətimizin başçısının son 5 ildəki fəaliyyəti dövründə Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri ilə görüşləri, söhbətləri, mədəniyyət məsələləri ilə bağlı nitqləri, çıxışları, səfərləri, müsahibələri, təbrikləri, bu sahəyə dair rəsmi materiallar, habelə qanun, fərman və sərəncamlar toplanmışdır.
“Prezident İlham Əliyev və mədəniyyət (2008-2013)” ikicildliyi həm mədəniyyət işçiləri, həm də idarəetmə sistemində çalışan məmurlar üçün çox qiymətli bir toplu, stolüstü soraq - məlumat mənbəyidir.