2016-cı il oktyabrın 25-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında özbək tarixçi-publisisti və görkəmli alimi Şuxrat Salamovun rus dilində nəşr olunmuş “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” və “Qarabağ: ideyalar müharibəsi” kitablarının təqdimatı olub.
Təqdimat çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasının iclası keçirilib və Şuxrat Salamova Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunub.