2017-ci il dekabrın 25-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının Kitabxana işinin avtomatlaşdırılması və elektron resurslar şöbəsi tərəfindən hazırlanmış “Azərbaycan–UNESCO əlaqələri” elektron layihəsi internet istifadəçilərinə təqdim edilmişdir.
Elektron layihə Azərbaycan – UNESCO əlaqələrinin 25 illiyi ilə əlaqədar olaraq hazırlanmışdır. İnternet istifadəçilərinə təqdim edilən bu layihə 2 versiyada – Azərbaycan və ingilis dillərindədir. İstifadəçilər layihədə UNESCO haqqında və Azərbaycan – UNESCO əlaqələrinə dair ətraflı məlumat ala bilərlər. Layihə vasitəsilə istifadəçilərə bu mövzuda 100-dək kitabın elektron variantını özündə əks etdirən elektron kitabxana da təqdim edilir.
http://unesco.preslib.az/