28 sentyabr 2016-cı ildə özbək tarixçi-publisisti Şuxrat Salamov Azərbaycanın Özbəkistandakı səfirliyinin tapşırığı ilə Nizami Gəncəvinin Daşkənddə özbək dilində yenicə çap olunmuş “Xəmsə” və “Maxzan ul-asror” (“Sirlər xəzinəsi”) kitablarını Prezident Kitabxanasına hədiyyə etmişdir. Ş. Salamov bildirmişdir ki “Xəmsə” Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, “Maxzan ul-asror” kitabı isə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə çap edilmişdir.