Noyabrın 12-də Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafayev (Nazim Mustafa) Konstitusiya günü münasibətilə İctimai Televiziyanın “Yeni gün” proqramının qonağı olmuşdur. Canlı efirdə Nazim Mustafayev Azərbaycan dövlətçiliyinin, dövlət rəmzlərinin və atributlarının təbliği ilə bağlı Kitabxanada görülən işlər, yaradılan elektron resurslar, yeni layihələr barədə tamaşaçılara ətraflı məlumat vermişdir. Tarixçi alim kimi Nazim Mustafayev həmçinin son tədqiqatları, Ankarada yeni çap olunan “İrevan şehri. Türk-islam varlığı nasıl yok edildi” əsəri haqqında da söhbət açmışdır.