10-11aprel 2014-cü ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində B. Yeltsin adına Prezident Kitabxanasında “Hüquq və informasiya: nəzəriyyə və təcrübə məsələləri” adlı Beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.
Konfransda informasiya əldə etmək, elektron hökumət və informasiya hüququ, dövlət idarəetmə orqanlarında kitabxana-informasiya xidməti, müəllif hüququ və elektron kitabxanalar, informasiya hüququ və əqli mülkiyyət hüququ məsələləri müzakirə edilmişdir.
Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov Konfransda “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında kitabxana-informasiya xidməti” adlı məruzə ilə çıxış etmişdir. Konfransın işində Azərbaycan nümayəndə heyətinin tərkibində Kitabxananın elmi katibi Kəmalə Sarıcalinskaya və məsləhətçi Tuncay Hüseynzadə iştirak etmişlər.
B. Yeltsin adına Prezident Kitabxanasının fonduna Azərbaycanın mədəniyyətinə, incəsənətinə və tarixinə dair Heydər Əliyev Fondu tərəfindən hazırlanmış multimedia nəşrləri və kitablar hədiyyə verilmişdir.