May ayının 31-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Virtual Azərbaycan tarixi” layihəsi çərçivəsində 2014-cü ildə Azərbaycan, rus və ingilis dillərində tərtib edilən “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron nəşr Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ərəfəsində əsaslı surətdə yenilənərək, yeni bölmələr əlavə edilərək istifadəçilərin ixtiyarına verilmişdir. Kitabxananın əməkdaşlarının müxtəlif mənbələrdən və nəşrlərdən topladıqları materiallar əsasında ərsəyə gətirdikləri bu elektron nəşr Xalq Cümhuriyyətinin fəaliyyətinin mühüm istiqamətlərini özündə əks etdirən və virtual məkanda yerləşdirilən yeganə resursdur. http://axc.preslib.az/az