Prezident Kitabxanasının Konfrans zalında 2018-ci ilin may ayının 1-də “İlham Əliyev. Elektron külliyyat” elektron nəşrinin təqdimatı keçirilmişdir.
Tədbirdə kitabxananın direktoru Mayıl Əhmədov bildirdi ki, bu layihə  Prezident İlham Əliyevin həyat və fəaliyyətinin elektron külliyyat şəkilində təqdim edilməsi istifadəçilərə xidmət işini xeyli dərəcədə asanlaşdırır və onlar üçün istədikləri məlumatı daha da əlçatan edir.
Azərbaycan Respublikası Prezidenti Administarsiyasının ictimai-siyası məsələlər şöbəsi müdirinin mavini Ərəstun Mehdiyev də təqdimatda çıxış edərək bu elektron külliyyatın həm tədqiqatçılar, həm də geniş oxucu kütləsi üçün əhəmiyyətini vurğulamışdır. http://ilhamaliyev.preslib.az/