Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyə ərəfəsində Moskvada “Vesnik Kavkaza”; “AİRO – XXI” nəşriyyatında “İrəlidə gedənlər. Heydər Əliyevin 90 illiyinə” kitabı nəfis şəkildə çapdan çıxmışdır. Kitabda dünyaşöhrətli dövlət xadimi və siyasətçi Heydər Əliyevi şəxsən tanıyan bir sıra dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin, görkəmli siyasətçilərin xatirələri toplanılmışdır. Kitaba həmçinin Sov.İKP MK Siyasi Bürosunun ilk dəfə olaraq məxfilikdən çıxarılmış Rusiya Dövlət Yeni Tarix arxivində saxlanılan sənədlər də daxil edilmişdir. Bir sıra fotoşəkillər ilk dəfə olaraq bu kitabda dərc edilmişdir. 
Müəlliflər kollektivi kitabın hazırlanması zamanı göstəriləni köməyə görə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının rəhbərliyinə xüsusi olaraq öz minnətdarlıqlarını ifadə etmişlər.