Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Prezident Kitabxanasında toplantı keçirilmişdir. Toplantı iştirakçıları əvvəlcə Ümummilli liderin kitabxanadakı büstü önündə xatirə şəkli çəkdirmişlər.
Sonra toplantı iştirakçıları Konfrans zalında “Heydər Əliyev. Elektron Sənədlər Toplusu”nun “Fotoqalereya” bölməsindəki şəkillərə və sənədlərə baxmışlar, dahi şəxsiyyət barədə xatirələrini paylaşmışlar.