“Vestnik Biblioteçnoy Assambleyi Evrazii” jurnalının 2015-ci ilin 3-cü sayında Kitabxana işinin avtomatlaşdırılması və elektron resurslar şöbəsinin müdiri Zakir İsmayılovun “Oxucuların ekoloji maarifləndirilməsi sahəsində Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Prezident Kitabxanasının təcrübəsi” adlı məqaləsi dərc olunmuşdur. Məqalədə oxucuların ekoloji maarifləndirilməsi sahəsində Prezident Kitabxanasında görülmüş işlər, eləcə də “Azərbaycanın ekologiyası” elektron resursu haqqında geniş məlumat verilmişdir.

http://files.preslib.az/site/media_mbavS.pdf