Noyabrın 8-də Prezident Kitabxanasının Konfrans zalında Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə kitabxananın direktoru Mayıl Əhmədov Azərbaycanın dövlətçilik tarixindən, bayrağımızın rəmzlərindən söhbət açıb və müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımızın ilk dəfə 1990-cı ildə Naxçıvanda dalğalandığını, 1991-ci ildə isə Azərbaycan Respublikası Ali Soveti tərəfindən dövlətin əsas atributu kimi qəbul edildiyini vurğulamışdır.
Kitabxananın şöbə müdirlərindən Sonaxanım Abasova, Zakir İsmayılov, Nazim Mustafayev də öz çıxışlarında milli mənəvi dəyərlərə sahib çıxmaqla yanaşı, onları qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürməyin vacibliyini qeyd etmişlər.
Tədbirin sonunda "Azərbaycan: dövlət rəmzləri və atributları"” Elektron resursunun yenilənmiş versiyası (http://symbols.preslib.az) nümayiş etdirilmişdir.