2016-cı il yanvarın 18-də Prezident Kitabxanasının Konfrans zalında “Təcavüz: Bakı. 20 Yanvar 1990” elektron nəşrinin yenilənmiş versiyasına baxış keçirilib. Kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, ayrıca domendə yerləşdirilən həmin elektron resurs ölkəmizdə bu mövzunu kompleks şəkildə əhatə edən yeganə mənbədir.
Kitabxananın əməkdaşları çıxışlarında Qanlı Yanvar faciəsinin tariximizə həm də qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu vurğulayıb və belə səhifələrin virtual aləmdə təbliğinin gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna rol oynadığını qeyd ediblər.
Tədbirin sonunda tanınmış fotoqraf Mirnaib Həsənoğlunun fövqəladə vəziyyət rejimində çəkdiyi nadir şəkillər əsasında kitabxana əməkdaşlarının hazırladıqları "Fotoarxiv" nümayiş etdirilib.