Martın 29-da Prezident Kitabxanasının konfrans salonunda “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabının təqdimat mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nəşri olan kitabın müəllifləri Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, SAM-ın aparıcı elmi işçisi Araz Qurbanov və tədqiqatçı Elşad Əlilidir.
Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov tədbiri açaraq, təqdimatı keçirilən kitabın erməni saxtakarlığına qarşı sanballı cavab kimi qiymətləndirmişdir. 
Kitabın elmi məsləhətçisi və “Ön söz”ün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini Ərəstü Həbibbəyli, SAM-ın direktoru Fərhad Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev kitabın məziyyətləri haqqında danışmışlar.
Tədbirdə çıxış edən tarixçi alimlər, tədqiqatçılar kitabın əhəmiyyətindən danışmış, onun digər dillərdə çap edilməsinin vacibliyini vurğulamışlar.