2017-ci ilin dekabr ayının 12-də Prezident Kitabxanasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım mərasimi keçirilmişdir.
Kitabxana rəhbərliyi və tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin Prezident Kitabxanasının foyesində qoyulmuş büstünü ziyarət etmiş, büstün önünə təzə-tər çiçəklər qoymuşlar. Daha sonra tədbir iştirakçıları Konfrans zalda Prezident Kitabxanasında hazırlanmış “Heydər Əliyev. Elektron Sənədlər Toplusu” elektron resursuna baxış keçirmiş və Ümummilli liderin həyatı və fəaliyyətinin  müxtəlif sahələrini əhatə edən geniş kitab sərgisi ilə tanış olmuşlar.