Xəbərlər

Prezident Kitabxanasında Əhməd bəy Ağaoğlunun irsinə həsr olunmuş virtual sərgi hazırlanıb

Prezident Kitabxanasında Əhməd bəy Ağaoğlunun irsinə həsr olunmuş virtual sərgi hazırlanıb

Prezident Kitabxanasında Əhməd bəy Ağaoğlunun irsinə həsr olunmuş virtual sərgi hazırlanıb

Prezident Kitabxanasında Azərbaycan ictimai fikir tarixinin görkəmli nümayəndəsi, publisist, hüquqşünas, şərqşünas alim və maarifçi Əhməd bəy Ağaoğlunun zəngin irsinə həsr olunmuş virtual sərgi hazırlanıb.

Virtual sərgidə Əhməd bəy Ağaoğlunun ictimai-siyasi və elmi-publisistik fəaliyyəti, milli oyanış hərəkatındakı xidmətləri, müasirləşmə ideyaları və Azərbaycan ictimai fikrinin inkişafına verdiyi töhfələr dolğun şəkildə əksini tapır. XX əsrin əvvəllərində Azərbaycanda və onun hüdudlarından kənarda cərəyan edən mürəkkəb tarixi-siyasi proseslərdə fəal iştirak edən mütəfəkkirin milli dövlətçilik düşüncəsinin formalaşmasında, azad fikir mühitinin inkişafında və müsəlman Şərqində modernləşmə meyillərinin yayılmasında oynadığı mühüm rol geniş şəkildə işıqlandırılır.

Ekspozisiyada yer alan nəşrlər oxuculara Əhməd bəy Ağaoğlunun ictimai və siyasi baxışları, milli-mənəvi dəyərlərlə bağlı düşüncələri, Şərq və Qərb münasibətlərinə dair yanaşmaları, publisistik irsi və Azərbaycan mətbuat tarixindəki fəaliyyəti haqqında ətraflı məlumat əldə etmək imkanı yaradır. Burada, eyni zamanda, onun həyat və yaradıcılığını, ictimai-fəlsəfi görüşlərini, fəaliyyət göstərdiyi dövrün siyasi mühitini və Azərbaycan maarifçilik hərəkatını əhatə edən elmi araşdırmalar, monoqrafiyalar, memuarlar və simpozium materialları təqdim olunur.

Virtual sərgi geniş oxucu auditoriyası üçün mühüm elmi və mədəni informasiya mənbəyi olmaqla yanaşı, tədqiqatçılar, müəllimlər, tələbələr və Azərbaycan ictimai fikir tarixinə maraq göstərən istifadəçilər üçün də faydalı resurs kimi əhəmiyyət daşıyır. Sərgi Əhməd bəy Ağaoğlunun ictimai-siyasi və maarifçi ideyalarının daha dərindən öyrənilməsinə, onun milli-mədəni düşüncənin formalaşmasındakı rolunun dəyərləndirilməsinə və Azərbaycan maarifçilik tarixinin mühüm mərhələləri haqqında dolğun təsəvvür yaradır.

Virtual sərgi
Əhməd bəy Ağaoğlu

Əhməd bəy Ağaoğlu

Əhməd bəy Ağaoğlu ötən əsrin əvvəllərindən etibarən Azərbaycanda və onun hüdudlarından kənarda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə fəal iştirak etmiş və milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət,…