Xəbərlər

Prezident Kitabxanası Fətəli xan Xoyskinin anadan olmasının ildönümü münasibətilə virtual sərgi təqdim edib

Prezident Kitabxanası Fətəli xan Xoyskinin anadan olmasının ildönümü münasibətilə virtual sərgi təqdim edib

Prezident Kitabxanası Fətəli xan Xoyskinin anadan olmasının ildönümü münasibətilə virtual sərgi təqdim edib

Prezident Kitabxanası Azərbaycanın görkəmli siyasi xadimi Fətəli xan Xoyskinin anadan olmasının ildönümü münasibətilə virtual sərgi hazırlayıb. Fətəli xan Xoyski XX əsrin əvvəllərindən milli-mədəni intibah dövründə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə fədakar ziyalılar nəslinin görkəmli nümayəndəsi kimi tarixdə əvəzsiz iz qoymuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və ilk addımlarının atıldığı dövrdə Fətəli xan Xoyski rəhbərlik etdiyi hökumət kabinetləri vasitəsilə demokratik dövlət idarəçiliyinin təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirmiş, iqtisadiyyat, təhsil, mədəniyyət, səhiyyə və hərbi sahələrdə mühüm nailiyyətlər qazanmışdır. O, Azərbaycanın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması və diplomatik əlaqələrin qurulmasına da töhfələr vermiş, tarixi İstiqlal Bəyannaməsini imzalayanlardan biri kimi Azərbaycan dövlətçilik ənənələrinin möhkəmlənməsində öncül rol oynamışdır.

Virtual sərgidə təqdim olunan nəşrlər Fətəli xan Xoyskinin həyat və fəaliyyətini, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularını, hökumət və dövlət idarəçiliyini, ordu və təhlükəsizlik quruculuğunu, həmçinin mühacirət və xarici siyasət sahələrini əhatə edir. Sərgi vasitəsilə oxucular Cümhuriyyət dövrünün siyasi, iqtisadi və mədəni inkişafına dair dolğun məlumat əldə edə, Azərbaycanın dövlətçilik tarixinin mühüm mərhələlərini yaxından öyrənə bilərlər.

Prezident Kitabxanası bu cür təşəbbüslərlə ölkəmizin ictimai-siyasi və mədəni tarixinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması sahəsindəki fəaliyyətini davam etdirir.

Virtual sərgi
Fətəli xan Xoyski - 150

Fətəli xan Xoyski - 150

Fətəli xan Xoyski XX əsrin əvvəllərindən milli-mədəni intibahını yaşayan Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti naminə hərəkatda üzərinə götürdüyü çətin vəzifəni şərəflə yerinə yetirmiş fədakar ziyalılar nəslinin parlaq nümayəndəsidir. Geniş dünyagörüşlü,…