Xəbərlər

Prezident Kitabxanasının fonduna “İlham Əliyev. İnkişaf — məqsədimizdir” çoxcildliyinin 146-cı cildi daxil edilib

Prezident Kitabxanasının fonduna “İlham Əliyev. İnkişaf — məqsədimizdir” çoxcildliyinin 146-cı cildi daxil edilib

Prezident Kitabxanasının fonduna “İlham Əliyev. İnkişaf — məqsədimizdir” çoxcildliyinin 146-cı cildi daxil edilib

Prezident Kitabxanasının fonduna Azərbaycan Respublikasının Prezidentinin fəaliyyətini əks etdirən “İlham Əliyev. İnkişaf — məqsədimizdir” çoxcildliyinin 146-cı cildi daxil edilib. Bu nəşr kitabxananın resurslarını daha da zənginləşdirir və Azərbaycan Respublikasının Prezidenti barədə sistemli və etibarlı məlumatlara çıxışı təmin edir.

Çoxcildliyin bu cildi 2025-ci ilin iyun-iyul aylarında baş vermiş əsas siyasi hadisələri və dövlət başçısının iştirakı ilə keçirilmiş beynəlxalq və daxili tədbirləri əhatə edir. Nəşrdə dövlət başçısının Türkiyə Respublikasına işgüzar səfəri, Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılışı, eləcə də Özbəkistan Respublikasının dövlət səfəri çərçivəsində Ali Dövlətlərarası Şuranın 2-ci iclası və Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasının açılışı ilə bağlı məlumatlar təqdim olunur.

Kitabda həmçinin Prezident İlham Əliyevin Qarabağ bölgəsinə səfəri, İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə çıxışları və regional əməkdaşlığın inkişafı ilə bağlı təşəbbüsləri öz əksini tapıb. Xüsusi diqqət Xankəndidə “Rəqəmsal Keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilmiş III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş materiallarına yönəldilib. Burada dünyanın müxtəlif media qurumlarını təmsil edən jurnalistlərin sualları və dövlət başçısının cavabları tam əks olunur.

Çoxcildliyin 146-cı cildi tədqiqatçılar, mütəxəssislər və siyasi proseslərə maraq göstərənlər üçün əhəmiyyətli mənbədir. Kitabın Prezident Kitabxanası fonduna daxil edilməsi geniş oxucu auditoriyasına ölkə həyatının mühüm siyasi hadisələrini və dövlət başçısının iştirakı ilə keçirilən beynəlxalq tədbirləri ardıcıl izləmək imkanı yaradır.

Kitab haqqında
İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər

İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər

Əliyev, İlham Heydər oğlu. İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər / İ. H. Əliyev; bur. məsul Ə. Ağalarov.
146-cı kitab: iyun 2025 - iyul 2025.- Bakı: Azərnəşr, 2025.- 388 s.