Prezident Kitabxanasında 20 Yanvar faciəsinin ildönümü münasibətilə tədbir keçirilib
17 yanvar 2024-cü il tarixində 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Prezident Kitabxanasında tədbir keçirilib. Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova, Kitabxana işinin avtomatlaşdırılması, rəqəmsallaşdırma və elektron resurslar bölməsinin müdiri Zakir İsmayılov, Komplektləşdirmə, kitabişləmə və elektron kataloq bölməsinin müdiri Fəridə Hüseynova və İncəsənət ədəbiyyatı fondu qrupunun rəhbəri Fəridə Namazova tədbirdə çıxış etmişlər.

Kitabxananın oxu zalında isə faciənin qurbanlarına həsr edilmiş fotoşəkillər, kitab və dövri nəşrlərdən ibarət sərgi nümayiş olunmuşdur. Tədbir 20 Yanvar faciəsini əks etdirən video çarxın nümayişi ilə yekunlaşmışdır.
AZƏRTAC
2025, 17 yanvar