Dərslik Azərbaycan Respublikasının 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Cinayət Məcəlləsinin müddəaları əsasında və Cinayət hüququ kursunun Ümumi hissəsinin proqramına uyğun olaraq yazılmışdır. Kitabda cinayət hüququnun sistemi və funksiyaları, cinayət hüquqi tənzimin formaları, prinsipləri və mexanizmi, cinayət qanununun əlamətləri, mənbələri və quruluşu, onun zamana, məkana və şəxslərin dairəsinə görə qüvvəsi məsələləri şərh edilir. Cinayət və onun növlərinə, cinayət tərkibinə, onun obyektiv və subyektiv əlamətlərinə anlayış verilir. Dərslikdə cinayət məsuliyyəti, cəza məsələlərinə, eləcə də xarici ölkələrin cinayət hüququnun əsas cəhətlərinin işıqlandırılmasına xeyli yer verilir.
Bibliographic description
Səməndərov, Firudin Yusif oğlu. Cinayət hüququ: ümumi hissə: dərslik / F. Y. Səməndərov.- Yenidən işlənmiş təkrar nəşr.- Bakı: Hüquq Yayın Evi, 2025.- 724 s.