ADAM

İncəsənət fondu

ADAM

ADAM
Bakının canlı tarixinin qəlbi olan İçərişəhərdə yaradılmış yeni yaradiciliq məkanı "Zaman Art Gallery" özündə zaman və sənətin, gözəlliyin sonsuzluğunun vəhdəti ideyasını daşıyır. Qalereyada fəaliyyətə ilham verən unikal yaradıcılıq ab-havası var. Burada zəngin tarixi irsimizin ruhu və gözəlliyi əks olunub. İçərişəhərin üslubu və onun ənənəvi elementləri detallarda və interyerdə özünü biruzə verir. Bu məkanda keçmişi indiki zamanda yaşayırsınız. Məhz burada sənətin zamana tabe olmaması aydın görünür. "Zaman Art Gallery"da müxtəlif cərəyanların və nəsillərin rəssamları təqdim olunur. Bura həm tanınmış ustadlar, həm də yeni yaradıcıliq yoluna başlayan gənc istedadlar, rəssamlar üçün unikal yaradıcılıq məkanıdır. "Zaman Art Gallery" kommersiya qalereyası olmaqla, rəssamların əsərlərini sənət bilicilərinin kolleksiyaçıların geniş kütləsinə təqdim etməklə yaradıcı insanlara öz əsərlərini və layihələrini reallaşdırmağa kömək edir. Xüsusi vurğulamaq lazımdır ki, sərgilərin təşkilində və rəssamlarla işləməkdə qalereya kurator yanaşmasına malikdir. Onu da qeyd edək ki, "Zaman Art Gallery" maraqlı, qeyri-standart ideya və layihələrin həyata keçirilməsi, müxtəlif yaradıcılıq sahələrində potensialın və yeni istedadların aşkarlanması üçün platforma yaradır. Bu nəşr "Zaman Art Gallery"-yə məxsus “Adam” adlı sərgi kataloqudur.