Nadir kitablar

Kolleksiya

Qəzəllər

Qəzəllər
[ Şah İsmayıl Xətai :: 1946 ]

Kitab Səfəvi dövlətinin banisi, görkəmli Azərbaycan şairi və dövlət xadimi Şah İsmayıl Xətainin poeziya irsi ilə tanış edir. Nəşr 1946-cı ildə Bakıda Azərbaycanın İranla Mədəni Əlaqələr Cəmiyyəti tərəfindən Azərbaycan dilində, əski əlifba ilə çap olunmuşdur. Məcmuəyə şairin məhəbbət, mənəvi həyəcanlar və ruhi axtarışlar mövzularını əks etdirən qəzəlləri daxil edilib. “Böyük…

Семь красавиц

Семь красавиц
[ Низами Гянджеви :: 1947 ]

XII əsr dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” nəşri 1947-ci ildə Bakıda, Rurik İvnevin tərcüməsində, rus dilində işıq üzü görmüşdür. Poema Nizaminin məşhur “Xəmsə” (Beşlik) silsiləsinə daxildir və Sasani hökmdarı Bəhram Gur, eləcə də müxtəlif ölkələrdən olan yeddi gözəl (şahzadə) haqqındadır. Müəllif bu gözəllərin hekayələri vasitəsilə sevgi,…

Das Künstlerbuch. Arnold Böcklin

Das Künstlerbuch. Arnold Böcklin
[ Franz Hermann Meissner :: 1901 ]

XIX əsrin sonu – XX əsrin əvvəllərində yaşamış alman yazıçısı və sənətşünası Frans Hermann Maysnerin “Das Künstlerbuch. Arnold Böcklin” (“Rəssamın kitabı. Arnold Böklin”) adlı nəşri 1901-ci ildə Berlin və Leypsiqdə, alman dilində işıq üzü görmüşdür. Kitab Avropa rəngkarlığında simvolizmin ən görkəmli nümayəndələrindən biri, XIX əsrin tanınmış İsveçrə rəssamı Arnold Böklinin…

Le Prince Serge

Le Prince Serge
[ Jeanne de Coulomb ]

XIX əsr fransız yazıçısı Janna de Kulombun “Le Prince Serge” (“Knyaz Serj”) adlı nəşri XIX əsrin sonu – XX əsrin əvvəllərində Parisdə, fransız dilində işıq üzü görmüşdür. Kitabın illüstrasiyaları fransız rəssam və illüstrator Loran Qsell tərəfindən çəkilmişdir. Uşaqlar və gənclər üçün nəzərdə tutulmuş mənəvi-tərbiyəvi ədəbiyyat nümunəsi olan bu əsər, knyaz…

Hanne Nüte un de lütte Pudel

Hanne Nüte un de lütte Pudel
[ Fritz Reuter :: 1880 ]

XIX əsr alman yazıçısı və şairi Fris Reyterin “Hanne Nüte və kiçik pudel” (“Hanne Nüte un de lütte Pudel”) nəşri 1880-ci ildə Vismar şəhərində, alman dilində işıq üzü görmüşdür. Əsər kənd həyatından bəhs edən poetik povestdir və burada müəllif Şimali Almaniya sakinlərinin məişətini, adət-ənənələrini, insani münasibətlərini və gündəlik həyatını təsvir…

Essays

Essays
[ William Temple ]

XVII əsr ingilis yazıçısı, diplomatı və dövlət xadimi Vilyam Templin “Oçerklər” (“Essays”) nəşri XX əsrin əvvəllərində Londonda, ingilis dilində işıq üzü görmüşdür. Nəşr üçün seçilmiş əsərlər ingilis müəllifi və redaktoru Con Arnold Niklin tərəfindən hazırlanmış və onun müqəddimə məqaləsi ilə tamamlanmışdır. Topluya Vilyam Templin ədəbiyyat, tarix, mədəniyyət, siyasət və ictimai…

Livländisches Sagenbuch

Livländisches Sagenbuch
[ 1897 ]

“Livländisches Sagenbuch” (“Livoniya əfsanələri kitabı”) alman tarixçisi və folklorşünası Fridrix Binenman tərəfindən tərtib edilmiş Livoniyanın xalq rəvayətləri, əfsanələri və söyləmələri toplusudur. Nəşr 1897-ci ildə Reveldə alman dilində işıq üzü görmüşdür. Kitabda orta əsr qalaları, qədim şəhərlər, cəngavərlər, təbiət ruhları və Baltikyanı regionun tarixi ilə bağlı hadisələr haqqında xalq əfsanələri və…

The Works

The Works
[ Christopher Marlowe :: 1902 ]

“The Works” (“Əsərləri”) görkəmli ingilis dramaturqu, şairi və İntibah dövrünün tərcüməçisi Kristofer Marlonun əsərlərinin tam toplusudur. Nəşr 1902-ci ildə ingilis dilində işıq üzü görmüşdür. Topluya müəllifin məşhur pyesləri, poetik əsərləri və tərcümələri daxil edilmişdir. Kristofer Marlonun yaradıcılığı ingilis ədəbiyyatının və Yelizaveta dövrü dramaturgiyasının inkişafına mühüm təsir göstərmişdir. Kitab Marlonun yaradıcılığının,…

The Poetical Works

The Poetical Works
[ John Keats :: 1908 ]

“The Poetical Works” (“Poetik əsərlər”) görkəmli ingilis romantik şairi Con Kitsin poetik irsinin ən dolğun akademik nəşrlərindən biridir. Kitab 1908-ci ildə London, Nyu-York və Torontoda ingilis dilində nəşr edilmişdir. Topluya müəllifin məşhur odaları, sonetləri, poemaları və digər poetik əsərləri daxil edilmişdir. Dərin fəlsəfi məzmunu, zəngin bədii obrazları və poetik dilinin…

Italy from the Alps to Naples

Italy from the Alps to Naples
[ Karl Baedeker :: 1909 ]

“Italy from the Alps to Naples” (“Alplardan Neapola qədər İtaliya”) bələdçi kitabı Karl Bedekerin Avropaya səyahət edənlər üçün hazırladığı məşhur seriyanın ən nüfuzlu nəşrlərindən biridir. Kitab 1909-cu ildə Leypsiqdə ingilis dilində nəşr olunmuş, 25 xəritə və 52 plan-sxem ilə zənginləşdirilmişdir. Nəşr Alplardan Neapola qədər uzanan marşrutu əhatə edərək İtaliyanın şəhərləri,…