Elə insanlar var ki, onlar dünyasını dəyişsələr də, gördükləri işlərlə yaddaşlarda qalır, illər keçsə də unudulmur, hörmət və ehtiramla xatırlanırlar. Belə şəxsiyyətlərdən biri də yazıçı, publisist, geneoloq, Avrasiya Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, Əməkdar mədəniyyət işçisi, vikipediyaçı Ənvər Çingizoğludur (Ənvər Çingiz oğlu Fərəcov). Ənvər Çingizoğlu Azərbaycanın xanlıqlar dövrü tarixi, diplomatiya…
Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Vətəndaş yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapmışdır. Sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaratmışdır. Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil…
Anar Rzayev — görkəmli Azərbaycan yazıçısı, publisist, dramaturq və ictimai xadimdir. 1938-ci il martın 14-də Bakıda tanınmış ədəbiyyat xadimləri Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində doğulmuşdur. 1960-cı illərdən etibarən Azərbaycan ədəbiyyatının yeniləşmə mərhələsində mühüm rol oynamış, hekayə, povest, roman və esse janrlarında dəyərli əsərlər yaratmışdır. "Ağ liman", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Gürcü familiyası", "Təhminə və Zaur" kimi əsərləri yazıçının bədii…